10 Fevral 2024, 09:31
FUTBOL
Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında ardıcıl üçüncü dəfə meydanı məğlub tərk edib.
Matc.az xəbər verir ki, onun çıxış etdiyi “Adana Dəmirspor” 25-ci turda öz meydanında “Kasımpaşa”ya uduzub.
Start heyətində yer alan Şahruddin topu 3 dəfə qapısından çıxarmalı olub. Qonaq komanda 3:1 hesabı ilə qələbə qazanıb. Məhəmmədəliyevin komandasının qələbəsiz oyunlar seriyası 8-ə yüksəlib. Hesabında 31 xal olan "Adana Dəmirspor" 9-cu pillədə qərarlaşıb.