10 Fevral 2024, 10:02
FUTBOL
Azərbaycanlı futbolçu Çosqun Diniyev Türkiyədə qələbə qazanıb.
Matc.az xəbər verir ki, onun çıxış etdiyi “Ümraniyəspor” 1-ci Liqanın 22-ci turunda “Çorum”a qalib gəlib.
Oyun 1:0 hesabı ilə yekunlaşıb. Coşqunun komandası qələbə topunu 34-cü dəqiqədə vurub. Start heyətində yer alan Diniyev 69-cu dəqiqədə əvəzlənib. “Ümraniyəspor” 4 turdan sonra 3 xal qazanıb.