Azərbaycan kubokunun 1/4 final mərhələlərində yeni rekord qeydə alınıb.
 
Matc.az xəbər verir ki, “Sabah” - “Qarabağ” cütü bu mərhələnin ən məhsuldar duelinin iştirakçısı olub.
 
Bu komandaların görüşlərində 15 qol vurulub. Hər iki tərəf səfərdə qalib gəlib. Ağdam klubu 7:1, paytaxt təmsilçisi 4:3 hesabı ilə üstün olub.
 
İndiyədək 1/4 final mərhələlərinin bir cütündə bu qədər qol vurulmayıb. Ən məhsuldar duellər 13 qolla başa çatıb.
 
1994/95 mövsümündə “Kəpəz”lə Sumqayıt “Xəzər”inin matçlarında gəncəlilər iki qələbə qazanıblar - 3:0 və 6:4. 2016/17 mövsümündə isə “Qarabağ” “Sumqayıt”ı üstələyib – 6:0 və 5:2.
 
Qeyd edək ki, ümumilikdə ölkə kubokunun ən məhsuldar cütündə 23 qol qeydə alınıb. 2003/04 mövsümündə 1/8 finalda “Şəfa” “Lider Qarabağ”ı 14:0 və 8:1 hesabları ilə yenib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest