"Real"ın mətbuat xidməti müdafiəçi Antonio Rudigerin sol budunun geniş yanal əzələsindən zədə aldığını bildirib.

 
Matc.az xəbər verir ki, almaniyalı bu zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Belə ki, Rudiger La Liqada "Jirona" ilə matçda (10 fevral), Çempionlar Liqasının 1/8 final mərhələsində "Leypsiq"lə (13 fevral) və La Liqada "Rayo Valyekano" ilə (18 fevral) matçda iştirak etməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest