Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində dünyanın ən nüfuzlu at yarışlarından biri keçirilib. Matc.az xəbər verir ki, əfsanəvi futbol məşqçisi Aleks Ferqyusonun ortaq sahibi olduğu 7 yaşlı “Spirit Dancer” atı finişə birinci çatıb.

Bununla at sahibinə kubok və pul mükafatı olaraq 944 min 882 funt-sterlinq qazandırıb. Ferqyusonun sahibi olduğu başqa bir at isə bundan əvvəl Bəhreyndə keçirilən yarışda qalib gələrək, 500 min funt-sterlinq mükafat qazandırmışdı.

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest