“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, “Əl-İttihad” Almaniya millisinin üzvü ilə maraqlanır.

Ərəblərin nümayəndələri ulduz futbolçunun menecerləri ilə artıq əlaqə saxlayıblar. Ter Ştegen müsbət reaksiya versə, o zaman “Barselona” ilə detallar müzakirə olunacaq. Hər şey təklif olunacaq məbləğdən asılıdı.

Qeyd edək ki, qolkiperin İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest