"Bavariya" və Fransa millisinin hücumçusu Kinqsli Koman sol dizinin yan bağının yırtılmasından sonra ilk dəfə məşqə çıxıb.
 
Matc.az xəbər verir ki, Koman münhenlilərə 2015-ci ilin avqustunda “Yuventus”dan keçmişdi. Onun müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Ümumilikdə 27 yaşlı cinah yarımmüdafiəçisi Almaniya çempionunun heyətində 291 oyun keçirib, 63 qol vurub və 66 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest