La Liqanın 38-ci turunun "Real" - "Betis" matçı Taylor Sviftin konsertinə görə təxirə salına bilər.
 
Matc.az xəbər verir ki, Madrid klubuna müğənninin "Santyaqo Barnabeu"da baş tutması planlaşdırılan konsertinə bilet almaq üçün 450 mindən çox müraciət daxil olub.
 
Maraqlananların çoxluğuna görə hətta 2 konsertin keçirilməsi qərara alınıb: 29 və 30 may.
 
Müğənninin çıxışına bir neçə gün öncədən hazırlaşmaq zərurəti yarandığından, qarşılaşmanın böyük ehtimalla mayın 26-da yox, 25-də baş tutacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest