26 Fevral 2024, 19:43
FUTBOL
"Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Marko Roysun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatır.
Matc.az xəbər verir ki, tərəflər sözləşməni yeniləməyəcək və oyunçu digər komandalarla danışıqlar apara bilər.
MLS-in bir sıra klublarının Roysla maraqlandığı bildirilir. Həmçinin, Mönhenqladbax "Borussiya"sı 34 yaşlı almaniyalını öz sıralarına qaytarmaq niyyətindədir.