26 Fevral 2024, 21:16
FUTBOL
"Borussiya"nın (Dortmund) baş məşqçisi Edin Terziçə qarşı təzyiqlər artmaqda davam edir.
Matc.az xəbər verir ki, xüsusən də dünən Bundesliqanın 23-cü turunun matçında “Hoffenhaym”a məğlubiyyətdən sonra.
Artıq "Borussiya"nın idarə heyəti Terziçin mümkün qovulmasını müzakirə edib. 41 yaşlı mütəxəssis mövsüm ərzində istefaya göndərilərsə, köməkçilər Nuri Şahin və Sven Bender onu əvəz edə bilər.
Qeyd edək ki, "arılar" Bundesliqa turnir cədvəlində 4-cü yerdədir.