İngiltərə Liqaları Kubokunun final matçı "Çelsi" üçün antirekordla yadda qaldı.
 
Matc.az xəbər verir ki, "mavilər" ardıcıl 6 ölkə kubokunun finalında məğlub olan ilk klub oldu.
 
"Zadəganlar" 2022-ci ildə İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunun finalında “Liverpul”a, 2021-ci ildə “Lester”ə, 2020-ci ildə “Arsenal”a, 2019-cu ildə isə Liqa Kuboku uğrunda final görüşündə “Mançester Siti”yə məğlub olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest