“Üzv assosiasiyalarımız uzun müddətdi dünyanın hər yerindən olan komandalara qarşı qüvvələrini sınamaq istədiklərini bizə deyirlər”. Matc.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino açıqlayıb.

O, yeni yaradılan “FİFA Seriyası” adlı turnirlə bağlı düşüncələrini bölüşüb. İnfantino Azərbaycan yığmasının da yer aldığı layihənin böyüyəcəyinə inanır: “Komandalar indi bu turniri beynəlxalq oyun təqvimi çərçivəsində keçirə bilərlər. Bu yarış assosiasiyalar, komandalar və futbolçular arasında əlaqəni möhkəmlədəcək”.

Qeyd edək ki, turnir çərçivəsində martda Azərbaycanda keçiriləcək turnirdə yığmamızla yanaşı, Monqolustan, Tanzaniya və Bolqarıstan da çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest