Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. Matc.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb “Dinamo”sunun futbolçusu martda yaşıl meydanlara qayıda bilər.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. Matc.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb “Dinamo”sunun futbolçusu martda yaşıl meydanlara qayıda bilər.
Klubun həkimləri bildirib ki, Emreli ilə yanaşı, digər futbolçular Dino Periç, Marko Roq və Luka Stoykoviçin durumu da bənzərdi. Onlar gələn aydan kollektivə kömək etmək iqtidarında olacaqlar.
Əvəzində Sadeq Moharrami və Lukas Kacavendanın mövsümün sonuna qədər oynamayacağı dəqiqdi.
Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində yoxlama görüşündə zədələnib.