İsveç millisi tarixdə ilk dəfə baş məşqçi postuna əcnəbi gətirilib. Yerli futbol assosiasiyası danimarkalı Yon Dal Tomassonla anlaşıb. Millətlər Liqasında Azəbaycan yığması ilə eyni qrupda yer alan skandinaviyalılar 47 yaşlı mütəxəssislə DÇ-2026-nın seçmə mərhələsinin sonuna qədər müqavilə imzalayıb.
İsveç millisi tarixdə ilk dəfə baş məşqçi postuna əcnəbi gətirilib. Matc.az xəbər verir ki, yerli futbol assosiasiyası danimarkalı Yon Dal Tomassonla anlaşıb.
Millətlər Liqasında Azəbaycan yığması ilə eyni qrupda yer alan skandinaviyalılar 47 yaşlı mütəxəssislə DÇ-2026-nın seçmə mərhələsinin sonuna qədər müqavilə imzalayıb. “Blekbern”dəki işindən ayrılan Tomasson martın 1-dən yığmanın “sükanı arxası”nda olacaq.
Maraqlıdı ki, İsveç yığması Tomassonun rəhbərliyi altında ilk rəsmi matçını sentyabrın 5-də Millətlər Liqasının C Liqası çərçivəsində Azərbaycana qarşı səfərdə keçirəcək.
Qeyd edək ki, Tomassonun rəhbərliyi altında “Blekbern” bu mövsüm bütün turnirlərdə keçirdiyi 35 oyunda 15 qələbə qazanıb, 3 heç-heçə edib, 17 dəfə məğlub olub.