İspaniya La Liqasında VAR tətbiq edildikdən bəri ən çox “Real”ın qolları ləğv olunub. Matc.az xəbər verir ki, İspaniya çempionatında bu sistem tətbiq ediləndən sonra Madrid klubunun 27 qolu sayılmayıb.

16 qolu ləğv olunan “Sevilya” bu göstəricidə ikinci yerdədi. Hərəsinin 14 qolu sayılmayan “Atletiko” və “Valensiya” 3-cü yeri bölüşdürür.

“Barselona”, “Valyadolid” və “Espanyol” 7-ci yeri bölüşürlər. Onların hər birinin 11 qoluna VAR mane olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest