27 Fevral 2024, 12:46
FUTBOL
Türkiyə Superliqasında çıxış edən “Pendikspor”da baş məşqçi istefası reallaşıb. Matc.az xəbər verir ki, elita təmsilçisi İvo Vieyra ilə yollarını ayırıb.
48 yaşlı portuqaliyalı mütəxəssisin müqaviləsi ləğv olunub. Buna səbəb komandanın uğursuz mövsüm keçirməsidi.
Qeyd edək ki, “Pendikspor” 27 turdan sonra 26 xalla 19-cu pillədə qərarlaşıb.