“Barselona” sabiq futbolçusu Dani Alveşi əfsanələri siyahısından çıxarıb. Matc.az xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb.

Belə ki, braziliyalı keçmiş müdafiəçinin kataloniyalıların əfsanələr bölümündəki profili silinib. Rəhbərliyi bu addımı atmağa vadar edən səbəb Alveşin seksual zorakılığa görə azadlıqdan məhrum edilməsi olub.

Qeyd edək ki, Dani Alveş 2008-2016 və 2021-2022-ci illərdə “Barselona”nın formasını geyinib, 6 dəfə İspaniya çempionu, 4 dəfə İspaniya Kuboku, 4 dəfə Superkuboku, 3 dəfə Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest