PSJ-nin hücumçusu Kilian Mbappe bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşəcək. Matc.az xəbər verir ki, o, prezident tərəfindən nahara dəvət edilib.

Bu ziyafət Qətər əmirinin Parisə gəlişi ilə əlaqədar təşkil olunacaq. Makron ulduz futbolçunun da sarayında olmasını istəyib. PSJ-nin prezidenti Nasser el-Xelaifinin də naharda iştirakı gözlənilir.

Qeyd edək ki, PSJ ilə müqaviləsi mövsümün sonuna qədər olan Kilian Mbappe yayda “Real”a keçməyi razılaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest