27 Fevral 2024, 14:51
FUTBOL
Rusiya millisinin sabiq qapıçısı Vladimir Qabulov “Qarabağ”ın qolkiperi Andrey Lunyovun çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, 40 yaşlı mütəxəssisin fikrincə, Azərbaycan çempionunun qapıçısı millidə yer almağa layiqdi.
Qabulov hesab edir ki, Lunyov Ağdam klubundakı performansı sayəsində Rusiya yığmasının əsas heyət üzvünə çevrilə bilər: “Andreyin qapıçı keyfiyyətləri hamıya məlumdu. Lunyov yüksək səviyyəli ustalığa malikdi. O, milliyə çağırılmağa layiqdi. Hətta düşünürəm ki, yığmanın bir nömrəli qapıçısı ola bilər. Andreydə bu perspektiv var. “Qarabağ”da təcrübə keçdi, öz səviyyəsini hər kəsə göstərdi”.
Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a mövsümün əvvəlində Almaniya “Bayer”indən keçib.