İlin ən yaxşı idmançısı adına namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, iddiaçılardan ikisi futbolçudu.

Bunlar “İnter Mayami”nin kapitanı Lionel Messi və “Mançester Siti”nin hücumçusu Erlinq Halanddı. Həmçinin tennisçi Novak Cokoviç, “Red Bull”un sürücüsü Maks Ferstappen, yüngül atletlər Armand Duplantis və Noa Laylz da fərdi titul qazana bilər.

Aprelin 22-də Madriddə “Laureus World Sports Awards” mərasimində qalib açıqlanacaq.

Qeyd edək ki, 2023-cü ildə bu mükafatı Lionel Messi qazanıb. O, iki dəfə “Laureus”un qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest