AFFA İntizam Komitəsi Premyer Liqanın XXIV turunda keçirilən “Turan Tovuz” – “Neftçi” oyunu ilə bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, komitə Tovuz təmsilçisinə 1800 manat cərimə kəsib.

AFFA İntizam Komitəsi Premyer Liqanın XXIV turunda keçirilən “Turan Tovuz” – “Neftçi” oyunu ilə bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, komitə Tovuz təmsilçisinə 1800 manat cərimə kəsib.

Bu cəzanın 800 manatı azarkeş tərəfindən meydançaya kənar əşyanın atılmasına görə verilib. Həmçinin, tovuzlu fanatlar rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədiblər. Bu hal mövsüm ərzində 3-cü dəfə yaşandığından, “Turan Tovuz” daha 1000 manat xərcə düşüb.

Görüş zamanı “Neftçi”nin azarkeşlərinin olduğu sektorda 6 ədəd oturacaq da sındırılıb. Qərara əsasən, bakılılar stadiona dəymiş zərəri ödəməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest