AFFA İntizam Komitəsi Premyer Liqanın XXIV turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, komitə daha iki görüşlə bağlı qərarını açıqlayıb. “Kəpəz”lə matçda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimələnib.

AFFA İntizam Komitəsi Premyer Liqanın XXIV turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, komitə daha iki görüşlə bağlı qərarını açıqlayıb.

“Kəpəz”lə matçda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimələnib. Qarşılaşmada “Qəbələ”nin azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal mövsümdə ilk dəfə yaşandığından, “qırmızı-qaralar”a xəbərdarlıq edilib.

“Sabah”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” də 700 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest