“Valensiya” klubu “Netflix”ə “Real”la oyunda Vinisius Junior haqqında film çəkməyi qadağan edib. Matc.az xəbər verir ki, şirkət daha əvvəl braziliyalı hücumçu barədə sənədli filmin çəkilişinə başlanıldığını elan etmişdi.
Filmin premyerası 2025-ci ilə planlaşdırılır. “Netflix” “Valensiya” ilə martın 2-də “Mestalya”da keçiriləcək görüşdə çəkiliş aparmaq üçün razılaşmışdı. Lakin bütün detalları müzakirə edib akkreditasiya əldə etdikdən sonra klub stadionda çəkilişlərə qadağa qoyub. “Yarasalar” hesab edirlər ki, nəticədən asılı olmayaraq, çəkiliş zamanı onlar pis tərəfdən göstəriləcək. La Liqa rəhbərliyi də “Valensiya”nın qərarını dəstəkləyib.
Qeyd olunur ki, “Valensiya” ötən ilin mayında baş verən hadisələr səbəbindən qərarını dəyişib. Həmin vaxrt “Mestalya”da keçirilən qarşılaşmada Vinisius azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalmışdı.