“Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabat mövsümün sonunda klubuna qayıdacaq. Matc.az xəbər verir ki, mərakeşli hazırda icarə əsasında formasını geyindiyi “Mançester Yunayted” tərəfindən transfer edilməyəcək.

“Qırmızı şeytanlar” onun performansından razı deyillər. Bu üzdən “mankunianlar” öncədən razılaşdırılan 20+5 milyon avroluq transfer məbləğini ödəməkdən imtina ediblər.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 17 oyunda iştirak edib. Onun “Fiorentina” ilə sözləşməsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest