“Bavariya” Alfonso Deyvisin gedişinə hazırlaşır. Matc.az xəbər verir ki, Almaniya klubu müdafiənin sol cinahında yaranacaq boşluğu kiminlə dolduracağını müəyyənləşdirib.

Münhen təmsilçisi “Milan”ın müdafiəçisi Teo Ernandesi heyətinə qatmaq niyyətindədi. “Bavariya” ilə müqaviləsi gələn ilin yayına qədər olan Deyvisin yayda başqa kluba keçidi gözlənilir. Onun transferinin almanlara təxminən 70 milyon avro qazandırması gözlənilir.

Qeyd edək ki, Teo Ernandes 2019-cu ildən “Milan”ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest