27 Fevral 2024, 17:32
FUTBOL
“Fiorentina”nın müdafiəçisi Lukas Martines Kvarta xəstəxanaya aparılıb. Matc.az xəbər verir ki, buna səbəb argentinalı futbolçunun səhhətində problem yaranmasıdı.
Belə ki, 27 yaşlı arxa xətt oyunçusu qarnında ağrılar olduğundan tibb müəssisəsinə müraciət edib. Kvarta buna görə də, A seriyasının XXVI turunda “Latsio” ilə keçirilən görüşü buraxıb.
Qeyd edək ki, Lukas Martines Kvarta “Fiorentina”ya 2020-ci ildə 13 milyon avro qarşılığında “River Pleyt”dən keçib. O, bu mövsüm “bənövşəyilər”in heyətində 27 oyunda meydana çıxıb.