“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mart təqvimi barədə açıqlama verib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis qarşıdakı ay ərzində onları ağır oyunlar gözlədiyini bildirib.

O, martda daxili kubok yarışlarından kənarda qalmalarını istisna etməyib: “Təkrar-təkrar kubokları qazansaq necə olar? Həm ən pis, həm də ən yaxşı ssenariyə hazırıq. Mövsümün həlledici hissəsinə az qalıb. Hər oyun, xüsusən də, Premyer Liqa və Çempionlar Liqasındakı matçlar bizim üçün final xarakterli olacaq”.

Qeyd edək ki, “Mançester Siti” martda Premyer Liqa çərçivəsində “Mançester Yunayted”, “Liverpul”, “Brayton” və “Arsenal”la, Çempionlar Liqasının 1/8 finalında isə “Kopenhagen”lə cavab oyunu keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest