“Ayaks”ın qapıçısı Diant Ramay İngiltərəyə köçə bilər. Matc.az xəbər verir ki, “Arsenal” almaniyalı qolkiperin xidmətində maraqlıdı.

Paytaxt London təmsilçisi mövsümün sonunda çox güman ki, Aaron Ramsdeyllə yollarını ayıracaq. Çərçivəni tutmağa ən real namizəd isə 22 yaşlı Ramay hesab edilir. Artıq klublar arasında danışıqlara start verilib.

Qeyd edək ki, Diant Ramay daha əvvəl “Heydenheym” və “Ayntraxt”da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest