"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin De Bruynenin gələcəyi haqda danışıb.
 
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçunun klubda qalmasını istədiyini bildirib:
 
"Onun gələcəyi sual altındadır. Qalmasını çox istərdim, amma onun klubdan müqavilənin uzadılması təklifi olub-olmadığını bilmirəm və Səudiyyə Ərəbistanına getmək istəyib-istəmədiyini də bilmirəm. Təbii ki, o, Mançesterdə qalsa, daha yaxşı olar.
 
De Bruyne 2015-ci ilin avqustundan "şəhərlilər"də çıxış edir. Onun sözləşməsi 2025-ci ilin iyununda başa çatır. Bu mövsüm 32 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 11 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest