27 Fevral 2024, 20:24
FUTBOL
"Nyukasl" braziliyalı yarımmüdafiəçi Coelintonla yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
Matc.az xəbər verir ki, "sağsağanlar"ın baş məşqçisi Eddi Hau futbolçunun onun üçün vacib olduğunu bildirib:
"Onu uzun müddət komandada saxlamaq həmişə mənim üçün prioritet olub. Hesab edirəm ki, bu bizim çox vacibdir".
Coelinton 2019-cu ilin iyulundan İngiltərə klubunda çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Bu mövsüm 27 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 23 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə edib və 8 sarı vərəqə alıb.