27 Fevral 2024, 22:29
FUTBOL
"Çelsi"nin hücumçusu Kristofer Nkunku yenidən zədələnib.
Matc.az xəbər verir ki, futbolçu tibbi müayinədən keçəcək.
Nkunku "zadəganlar"a 2023-cü ilin iyulunda "Leypsiq"dən keçib. Onun müqaviləsi 2029-cu ilin iyununa qədərdir. Bu mövsüm 26 yaşlı hücumameyilli yarımmüdafiəçi bütün yarışlarda 10 oyun keçirib və 2 qol vurub.