28 Fevral 2024, 09:33
FUTBOL
“Millidən zəng olurdu, amma dəvət almamışam. Qapıçı məşqçi Vitali Kafanov zəng vuraraq məni təbrik etmişdi”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov “Championat”a açıqlamasında deyib.
32 yaşlı qolkiper arzusunun millinin əsas qolkiperinə çevrilmək olduğunu bildirib: “Təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Əlbəttə ki, dəvət gözləyirəm. Bu və ya digər şəkildə problem görülən işin qiymətləndirilməsidi. Çox gözəl olardı”.
Qeyd edək ki, Rusiya millisi martda Serbiya və Paraqvayla yoldaşlıq oyunu keçirəcək.