“Mançester Yunayted”in bəzi futbolçuları İngiltərə Premyer Liqasının XXVI turunda “Fulhem”lə keçirilən oyundan sonra birgünlük istirahət istəyib. Matc.az xəbər verir ki, onların bu xahişi məşqçilər korpusunu təəccübləndirib.

Çünki həm komanda (1:2) məğlub olmuşdu, həm də matçın ertəsi gün bərpa prosesi keçirilir, təhlil aparılır. Bu üzdən oyunçuların xahişi rədd edilib. Üstəlik, komandanın “Fulhem” önündə zəif çıxışı vurğulanaraq, komandaya iradlar bildirilib.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 44 xalla altıncı pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest