“Yuventus”un vingeri Federiko Kyeza hələ də Turin klubu ilə yeni müqavilə bağlamayıb. Matc.az xəbər verir ki, tərəflərin bununla bağlı növbəti danışığı uğursuz nəticələnib.

Kyezanın hazırkı sözləşməsi gələn ilin yayına qədərdi. 26 yaşlı oyunçunun “qoca sinyora”dan ayrılması gözlənilir. Çünki onun performansı məşqçilər korpusunu qane etmir. İtaliya nəhəngi maaşının artırılmasını istəsə də, rəhbərliyin buna cavabı mənfidi. Çünki turinlilər ön xətt oyunçusunun gələcəyinə şübhə ilə yanaşırlar.

Qeyd edək ki, Federiko Kyeza bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, aktivinə 6 qol yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest