29 Fevral 2024, 11:00
FUTBOL
Mövsümü icarə əsasında “Xetafe”də keçirən “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud növbəti mövsümdə “Old Trafford”a qayıtmaq istəyir.
Matc.az xəbər verir ki, ingilis "qırmızı şeytanlar"ın yeni həmsahibi Cim Ratkliffin layihəsinin bir hissəsi olmaq istəyir.
Futbolçu İspaniya Primerasında 22 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə verib.
Qeyd edək ki, daha əvvəl "Barselona" və "Atletiko Madrid"in Qrinvudla maraqlandığı bildirilirdi.