Azərbaycan hakimləri növbəti beynəlxalq oyunlara təyinat alıblar.
 
Matc.az xəbər verir ki, FİFA referisi Fəridə Lütfəliyeva və FİFA referi köməkçisi Gülnurə Əkbərzadənin 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının ikinci raundunun oyunlarını idarə edəcəklər.
 
Bu matçlar Monteneqroda keçiriləcək. Onlar üç qarşılaşmada ədaləti qoruyacaqlar.
 
11 mart
Belarus – Andorra
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Milena Vidiç (Monteneqro)
Dördüncü hakim: Milisa Raduloviç (Monteneqro)
“Topoplica Stadion” stadionu. Saat 14:30
 
14 mart
Monteneqro – Andorra
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Laura Koskinen (Finlandiya)
Dördüncü hakim: İfeoma Kulmala (Finlandiya)
“Mitar Mićo Goliš” stadionu. Saat 17:00
 
17 mart
Monteneqro – Belarus
Hakimlər: Pimenta Oliveyra Tereza Alis (Portuqaliya), Qraça Tavares (Portuqaliya), Gülnurə Əkbərzadə
Dördüncü hakim: Fəridə Lütfəliyeva
“Gradski Stadion Podgorica” stadionu. Saat 17:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest