İtaliyanın 5 klubunun 2024-25 mövsümündə Çempionlar Liqasında çıxış edəcəyi rəsmiləşib. Matc.az xəbər verir ki, “Roma” və “Atalanta”nın Avropa Liqasındakı uğurlu çıxışı buna yol açıb. İtaliya çempionatı bununla UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı iki liqası sırasında yer almağı təmin edib.

İtaliyanın 5 klubunun 2024-25 mövsümündə Çempionlar Liqasında çıxış edəcəyi rəsmiləşib. Matc.az xəbər verir ki, “Roma” və “Atalanta”nın Avropa Liqasındakı uğurlu çıxışı buna yol açıb.

İtaliya çempionatı bununla UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı iki liqası sırasında yer almağı təmin edib. Cari mövsüm A Seriyasında ilk 5 yeri tutacaq komanda növbəti mövsümə ÇL-də başlayacaq.

İtalyanların qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi 6-ya da yüksələ bilər. Bu isə bir halda reallaşa bilər. Belə ki, “Roma” və ya “Atalanta” Avropa Liqasını qazansa, eyni zamanda A Seriyasında ilk “5-lik”dən kənarda qalsa, ölkənin ÇL-dəki iştirakçısı 6 olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest