Abdullah Kavukcu istefası ilə bağlı açıqlamasında oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasından sonra Metin Öztürklə aralarında mübahisə yaşandığını bildirib.
“Qalatasaray”ın İdarə Heyətində istefalar baş verib. Matc.az xəbər verir ki, klubun İdarə Heyətinin sədr müavini Abdullah Kavukcu və vitse-prezident Metin Öztürk vəzifələrindən ayrılıblar.
Abdullah Kavukcu istefası ilə bağlı açıqlamasında oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasından sonra Metin Öztürklə aralarında mübahisə yaşandığını bildirib.
O, hadisənin sosial şəbəkələrdə şişirdilərək və həqiqəti əks etdirməyən formada təqdim olunmasından təəssüfləndiyini qeyd edib. Klubun nüfuzuna və birliyinə zərər dəyməməsi üçün İdarə Heyətinin üzvlüyündən ayrılmaq qərarı verdiyini açıqlayan Kavukcu “Qalatasaray”a dəstəyini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Kavukcu ilə Öztürk arasında bu gün keçirilən iclasda da qarşılıqlı sözlü mübahisə yaşanıb. Hadisədən sonra Metin Öztürk də klubdakı vəzifələrindən istefa verdiyini açıqlayıb.













