Afrikada qadın futbolunun ən nüfuzlu klub turnirlərindən biri olan CAF Qadınlar Çempionlar Liqasına start verilib. Matc.az xəbər verir ki, Misirin İsmailiyyə şəhərində keçirilən yarışda qitənin 8 komandası çempionluq uğrunda mübarizə aparır.

Noyabrın 1-dən 15-dək davam edəcək turnirin qalibi 600 min ABŞ dolları mükafat əldə edəcək. Gümüş medalçıya 400 min, üçüncü yeri tutan komandaya isə 350 min dollar veriləcək.

Yarışın ümumi mükafat fondu 2 milyon 350 min dollar təşkil edir. Qrup mərhələsində üçüncü yeri tutan komandalar 200 min, sonuncu olan kollektivlər isə 150 min dollar qazanacaqlar.

Turnirdə Mərakeşin AS FAR, Misirin FC Masar, Cənubi Afrikanın “Mamelodi Sundowns”, Qananın “Ampem Darkoa”, Kamerunun “Lekié”, Malinin USFAS Bamako, Uqandanın “Kawempe Muslim” və Mərakeşin FUS Rabat komandaları iştirak edir.

Qeyd edək ki, ötən mövsümün qalibi AS FAR olub. Bu ilki turnirin çempionu 2027

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest