01 Noyabr 2026, 17:05
FUTBOL
Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Neftçi” futbol klubunun üzvü Qustavo Klisman mükafatlandırılıb. Matc.az xəbər verir ki, sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı X turun Şamaxı şəhər stadionunda keçirilən “Şamaxı” – “Neftçi” görüşündən əvvəl Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.













