Qələbədə komandanın lideri Lionel Messinin əsas payı olub. 39 yaşlı argentinalı hücumçu bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bu uğurla cari mövsümdə qollarının sayını 26-ya çatdıran Messi liqanın bombardirlər siyahısında birinci pilləyə yüksəlib.
Şimali Amerika Futbol Liqasında (MLS) növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, "İnter Mayami" müntəzəm mövsüm çərçivəsində baş tutan səfər qarşılaşmasında "Nyu-İngland"a 2:1 hesabı ilə qalib gəlib.
Qələbədə komandanın lideri Lionel Messinin əsas payı olub. 39 yaşlı argentinalı hücumçu bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bu uğurla cari mövsümdə qollarının sayını 26-ya çatdıran Messi liqanın bombardirlər siyahısında birinci pilləyə yüksəlib.
Qeyd edək ki, hər iki kollektiv Şərq Konfransında turnir cədvəlinin yuxarı pillələrində mübarizə aparır. Bu qələbədən sonra xallarını 59-a çatdıran "İnter Mayami" ikinci sıradakı yerini möhkəmlədib. 58 xalı olan "Nyu-İngland" isə üçüncü pillədə qərarlaşıb.
Növbəti turda "İnter Mayami" öz meydanında "Şarlott"u, "Nyu-İngland" isə səfərdə "Orlando"nu sınaqdan keçirəcək.













