"Çox gərgin mübarizə oldu. Futbol səhvlər oyunudur. Qayda pozuntusu etdik və nəticədə cərimə zərbəsindən qol buraxdıq"

“İmişli” Misli Premyer Liqasının X turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən oyundan sonra “İmişli”nin baş məşqçisi Ervins Perkons mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Latviyalı mütəxəssis komandasının çıxışını dəyərləndirib və məğlubiyyətin səbəblərindən danışıb.

“Deməzdim ki, “Kəpəz” daha yaxşı idi. Çox gərgin mübarizə oldu. Futbol səhvlər oyunudur. Qayda pozuntusu etdik və nəticədə cərimə zərbəsindən qol buraxdıq. Rəqib yaxşı qol vurdu, biz isə şanslarımızdan yararlana bilmədik”, – deyə o bildirib.

Perkons Gəncə şəhər stadionundakı atmosferdən də danışıb. Baş məşqçi belə azarkeş dəstəyi qarşısında oynamağın həm özü, həm də futbolçuları üçün xoş olduğunu vurğulayıb.

O, stadionda ilk dəfə məşqçi kimi meydana çıxdığını qeyd edib və hər iki komandanın azarkeşlərinə təşəkkür edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest