Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi istefaya göndərilib. Matc.az xəbər verir ki,  klub rəhbərliyi Rui Borjeslə görüş keçirib. Bundan sonra mütəxəssislə bağlanmış əmək müqaviləsinin ləğvi ilə bağlı danışıqlara başlanılıb.

Baş verən istefadan sonra komandaya müvəqqəti olaraq Tiaqo Fernandeş rəhbərlik edəcək. Klubun yaxın gələcəkdə yeni baş məşqçinin adını açıqlayacağı gözlənilir.

Qeyd edək ki, "Sportinq"in rəsmi internet saytının dünən axşamdan etibarən işləməməsi diqqət çəkib. Bu səbəbdən qurumun rəsmi səhifəsində dərc edildiyi bildirilən məlumatların doğruluğunu hələlik birbaşa yoxlamaq mümkün deyil.

Lissabon təmsilçisi Portuqaliya çempionatında keçirdiyi 10 turdan sonra üçüncü pillədə qərarlaşıb və lider "Portu"dan 10 xal geri qalır. Çempionlar Liqasında isə "ağ-yaşıllar" üç oyunda topladıqları 6 xalla turnir cədvəlinin 12-ci pilləsində yer alıblar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest