FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Matc.az məktubun məzmununu diqqətinizə çatdırır:

Cənab Rövşən Nəcəf
Prezident
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
 
Sürix. 26 aprel 2024-cü il
 
“Qarabağ” FK-ya təbrik
 
Hörmətli prezident,
Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!
Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm.
 
Hörmətlə,
Canni İnfantino

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest