"Mançester Yunayted"in müdafiəçisi Rafael Varanın bu yay "Old Trafford"dan ayrılacağı gözlənilir, çünki klub onunla müqaviləni yeniləməkdə maraqlı deyil.
 
Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” fransalını azad agent kimi buraxmağa hazırdır. “Mançester Yunayted”də əmək haqqı hesabının təmizlənməsinə və yeni oyunçuların potensial gəlişi üçün vəsaitin boşaldılmasına böyük diqqət yetirilir. Və Varan klubun ən yüksək maaş alan oyunçularından biridir.
 
Fransız futbolçu 2021-ci ilin yayında "Real"dan "Mançester Yunayted"ə keçib. Bu mövsüm o, bütün turnirlərdə 30 oyun keçirib, 1 qol vurub və 2 sarı vərəqə alıb. "Transfermarkt" portalı 31 yaşlı mərkəz müdafiəçisini 25 milyon avro dəyərləndirib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest