Sabah UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, iki gün ərzində 18 qarşılaşma baş tutacaq.
Turun açılış oyunuda “Qalatasaray” “Ştutqart”ı qəbul edəcək. Bu, tərəflər arasında ilk rəsmi UEFA görüşü olacaq və “Qalatasaray” 1992/93 mövsümündən bəri Avropa kuboklarında evdə alman klublarına qalib gələ bilməyib.
Gecə yarısı keçiriləcək görüşlər arasında ən diqqətçəkəni “Atletiko” - “Bavariya” qarşılaşmasıdı. Komandalar Avropa kuboklarında səkkiz dəfə üz-üzə gəlib, “Bavariya” dörd, “Atletiko” isə iki dəfə qalib olub.
Azərbaycan azarkeşləri üçün turun ən vacib oyunu “Vikinq” - “Sabah” görüşüdü. Matç Bakı vaxtı ilə noyabrın 5-də saat 00:00-da başlayacaq.
3 noyabr, çərşənbə axşamı
21:45. “Şaxtyor” - “Sportinq”
21:45. “Qalatasaray” - “Ştutqart”
00:00. “Barselona” - “Aston Villa”
00:00. “Atletiko” - “Bavariya”
00:00. “Mançester Yunayted” - “Roma”
00:00. “Feyenoord” - “İnter”
00:00. “Bodo/Qlimt” - “Lill”
00:00. “Villarreal” - “PSJ”
00:00. LASK - “Slovan”
4 noyabr, çərşənbə
21:45. “Fənərbaxça” - “Liverpul”
21:45. AEK - “Real” (Madrid)
00:00. “Borussiya” (Dortmund) - “Real Betis”
00:00. “Porto” - “Napoli”
00:00. PSV - “Brügge”
00:00. “Leypsiq” - “Mançester Siti”
00:00. “Slaviya” - “Arsenal”
00:00. “Lans” - “Komo”
00:00. “Vikinq” - “Sabah”












