"Nyukasl" mövsümün sonunda qapıçı Loris Kariusu azad agent kimi buraxacaq.
 
Matc.az xəbər verir ki, 30 yaşlı alman 2022-ci ilin sentyabrından "sağsağanlar"da çıxış edir. Qolkiper bu mövsüm Premyer Liqada 1 oyun keçirib və 4 qol buraxıb.
 
“Nyukasl” ikinci qapıçısı Mark Gillespi ilə müqaviləni 2025-ci ilin iyununa qədər uzadacaq. 32 yaşlı ingilis 2020-ci ilin yayından İngiltərə klubunda çıxış edir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest