Özbəkistan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edəcək. Matc.az xəbər verir ki, adıçəkilən komanda tarixində ilk dəfə olimpiadanın futbol yarışında mübarizə aparacaq.

Özbəklər gənclər arasında Asiya Kubokunun yarımfinalında İndoneziya üzərində 2:0 hesablı qələbə qazanaraq, buna nail olub. Komanda mayın 3-də Yaponiya - İraq matçının qalibi ilə qarşılaşacaq.

Finalda qələbə onlara Paraqvay, Mali və İsrail, məğlubiyyət isə İspaniya, Misir və Dominikan Respublikası ilə bir qrupda Olimpiadada oynamaq imkanı verəcək.

Qeyd edək ki, olimpiada 26 iyul – 11 avqust aralığında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest