PSJ-nin yarımmüdafiəçisi Xavi Simons İspaniyaya qayıtmağa hazırlaşır. Matc.az xəbər verir ki, 21 yaşlı pleymeyker akademiyasında yetişdiyi “Barselona”ya peşəkar oyunçu kimi dönməyə yaxındı.

Kataloniyalılar hazırda icarə əsasında “Leypsiq”də çıxış edən Simonsu yayda heyətinə qatmağı planlaşdırır. Rəhbərlik onun icarəsi ilə bağlı qarşı tərəfi razı salacağına inanır. Futbolçu özü də La Liqa komandasına qayıtmaqda maraqlıdı.

Qeyd edək ki, Xavi Simons 2010-2019-cu illərdə “Barselona”nın akademiyasında çıxış edib. Cari mövsüm Bundesliqada 11 məhsuldar ötürmə ilə diqqət çəkən futbolçunun PSJ ilə müqavilə müddəti 2027-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest