Azərbaycan Premyer Liqasının XXXII turunda “Turan Tovuz”u qəbul edən “Neftçi” rəqibini 3 cavabsız qolla məğlub edib. Matc.az xəbər verir ki, “ağ-qaralar”ın bu toplardan 2-nə penaltidən imza atıb.

Bununla cari mövsümdə 4-cü dəfə bir komanda Premyer Liqa görüşündə iki penalti qoluna sevinib. “Neftçi”dən əvvəl “Qarabağ” və “Sabah” bunu bacarmışdı. Ağdam təmsilçisi iki dəfə - XXI və XXII turlarda, bakılılar isə XXII turdakı qarşılaşmada rəqibi 2 onbirmetrlik zərbə ilə cəzalandırıb.

“Sabah”

XXII tur: İshak Belfodil (“Qarabağ”la oyun – 3:3) – 2 qol

“Qarabağ”

XXI tur: Toral Bayramov və Yassin Benzia (“Səbail”lə oyun – 2:1) – 2 qol

XXII tur: Marko Yankoviç və Olavio Juninyo (“Sabah”la oyun – 3:3) – 2 qol

“Neftçi”

XXXII tur: Yuri Matias, Rəhman Hacıyev (“Turan Tovuz”la oyun – 3:0) – 2 qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest